Polis əməkdaşı qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada nəqliyyat vasitəsini saxlaya bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Polis nəqliyyat vasitəsini idarə edən şəxsin sürücülük hüququna dair sənədlərini və daşınan yükün sənədlərini yoxlamaq hüququna malikdir. Sürücünün sərxoş olub-olmadığını müəyyənləşdirmək üçün texniki vasitələrdən istifadə edilə və ya tibbi müayinə təşkil oluna bilər. Qanunda nəzərdə tutulan hallarda sürücü və nəqliyyat vasitəsi yol hərəkətində iştirakdan kənarlaşdırıla bilər.
