Polis əməkdaşı cinayət və digər hüquqpozmalara şərait yaradan halların aradan qaldırılması üçün müvafiq təqdimatlar verə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Təqdimatlar dövlət və qeyri-dövlət orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara göndərilə bilər. Həmçinin siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları və vəzifəli şəxslərə belə təqdimatlar verilə bilər. Təqdimatların həmin subyektlər tərəfindən baxılması məcburidir.