Polis yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası üzrə qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri həyata keçirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Tərbiyə, təhsil və saxlanma üzrə vəzifələrini üzrlü səbəb olmadan yerinə yetirməyən, uşaqların davranışına mənfi təsir göstərən və ya onlarla qəddar rəftar edən valideynlər və digər qanuni nümayəndələr barəsində profilaktik iş aparılır.
Polis yetkinlik yaşına çatmayanların qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi barədə məhkəmə qərarının həmin şəxsin müəssisəyə çatdırılması hissəsində icrasını təmin edir.
Həmçinin müəyyən yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanların törətdiyi ictimai təhlükəli əməllər və onların tərbiyəsi, təhsili və saxlanılması ilə bağlı vəzifələrin yerinə yetirilməməsi barədə müraciətlərə polis öz səlahiyyətləri daxilində baxır.