Polis əməkdaşı açıq-aşkar qanuna zidd əmr və ya göstəriş aldıqda qanunu rəhbər tutmalı və bu barədə polisin rəhbərliyinə məlumat verməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Açıq-aşkar qanunsuz əmri və ya göstərişi icra etməmək polis əməkdaşı üçün məsuliyyət yaratmır.
Belə əmri və ya göstərişi icra edən polis əməkdaşı isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Beləliklə, polis əməkdaşının əmrə tabeçilik və qanunun tələblərinə riayət etmək öhdəlikləri arasında əsas meyar qanunilikdir.