Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları polisə öz vəzifələrini yerinə yetirməkdə kömək göstərməlidirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Hər bir şəxs polisə vəzifələrinin yerinə yetirilməsində kömək göstərə bilər, lakin polis heç kəsi məcburi şəkildə əməkdaşlığa cəlb edə bilməz.
Hazırlanan, törədilən və ya törədilmiş cinayət barədə xəbəri olan hər bir şəxs bu barədə polisə məlumat verməlidir və qanunda nəzərdə tutulan hallarda məlumat verməmək cinayət məsuliyyətinə səbəb olur.
Polis əməkdaşı olmayan dövlət orqanı əməkdaşları ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb edildikdə, onlara polisin bu sahədə vəzifələri və müvafiq hüquqi, maddi və sosial təminatlar şamil edilir.