Polis insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Polisin əsas fəaliyyət istiqamətləri ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin və digər xətaların qarşısının alınması və açılmasıdır.
Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi də polisin əsas fəaliyyət istiqamətlərindən biridir.
Qanuna əsasən, polisi bu qanunla müəyyən edilməmiş vəzifələrin icrasına cəlb etmək qadağandır.
