Tərəflər və icra sənədini vermiş digər orqan icraata xitam verilməsi barədə qərardan şikayət verə bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Şikayət qərarın təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində müvafiq məhkəməyə verilə bilər. Məhkəmə qərarın qanunun tələbləri pozulmaqla qəbul edildiyini müəyyən edərsə, onu ləğv edə bilər və bu halda icra tədbirləri davam etdirilir. Qərar ləğv edilmədikdə və ya ondan şikayət verilmədikdə icra sənədi qanunda nəzərdə tutulan qaydada onu vermiş məhkəməyə və ya digər orqana qaytarılır.
