Borclunun ölümü, ölmüş elan edilməsi və ya xəbərsiz itkin düşmüş hesab edilməsi zamanı icraatın dayandırılması müəyyən müddətə tətbiq edilir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Belə hallarda icraat vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək dayandırılır. Borclu fəaliyyət qabiliyyəti olmayan sayıldıqda icraat ona qəyyum təyin edilənədək dayandırılır. Borclunun iflası barədə məhkəmə icraatına başlanıldıqda isə icraat iş üzrə müvafiq qərar qəbul edilənədək dayandırılır.
