İcra sənədlərinin icraya yönəldilməsi üçün qanunda bir ay, 10 gün, üç il və dərhal icra kimi müxtəlif müddətlər müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Məhkəmə qərarları əsasında verilən bir sıra icra vərəqələri və arbitraj qərarları üzrə icra vərəqələri üçün bir aylıq müddət nəzərdə tutulur.
Xarici dövlətlərin məhkəmə qərarları əsasında verilən icra vərəqələri üç il ərzində yönəldilə bilər.
Mühafizə orderləri, müəyyən aliment tələbləri və qanunvericiliklə dərhal icrası nəzərdə tutulan digər tələblər isə təxirəsalınmadan icra edilir.