“Elektron icra” informasiya sistemi digər dövlət informasiya ehtiyatları və sistemləri ilə inteqrasiya edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Bu inteqrasiya vasitəsilə icra sənədlərinin icraya yönəldilməsi elektron formada həyata keçirilir.
Xüsusi icra məmurları haqqında qanunla müəyyən edilmiş qaydada tələbkar tərəfindən icraya yönəldilən sənədlər üçün ayrıca qaydalar nəzərdə tutulur.
Digər icra sənədlərinin elektron sistemlər vasitəsilə göndərilməsi icra prosesinin qanunda müəyyən edilmiş qaydada başlanmasına imkan verir.