Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Qanuna əsasən, icra məmurları dedikdə dövlət icra məmurları və xüsusi icra məmurları nəzərdə tutulur.
Xüsusi icra məmurları məhkəmə və digər orqanların qərarlarını “Xüsusi icra məmurları haqqında” Qanunda müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla icra edirlər.