Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran daha bir şəxs saxlanılıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə yerindən qaçan R.Qasımov polis tərəfindən görülmüş tədbirlər nəticəsində tutulub.

***

saat 11.41

Dünən gecə saatlarında Lerik rayonunun dağlıq ərazisində qanunsuz qazıntı işləri apararaq qızıl axtaran 3 nəfər polis tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Heftelik.az-a verilən məlumata görə, həmin şəxslər saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd ediblər.

Bu zaman qaçan şəxslərdən R. Səfərov qayalıqdan dərəyə yıxılaraq aldığı xəsarətlərdən ölüb.

Digər şəxs – E. Kərimov saxlanılıb.

Hadisə yerindən deşici alətlər və dinamitə bənzər, kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar olunaraq götürülüb.

Hazırda hadisənin digər iştirakçısının müəyyən edilərək saxlanılması istiqamətində tədbirlər davam etdirilir.