Yevlaxda doğuş zamanı körpə ölüb.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, hadisə oktyabrın 19-u qeydə alınıb.

Yevlax rayon mərkəzi xəstəxanasına doğuş üçün müraciət edən, Səmədabad kənd sakini, 1996-cı il təvəllüdlü Çimnaz Elçin qızı Paşayevanın uşağı qeysəriyyə əməliyyatı zamanı ölüb.

Faktla bağlı Yevlax rayon prokurorluğu tərəfindən araşdırma aparılır.