Azərbaycanda məktəblərdə “Tiktok” sosial şəbəkəsinə və 200-dən çox zərərli kontentləri əks etdirən görüntülərə məhdudiyyət qoyulub.

Heftelik.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Rəqəmsal dövrdə ailə: transformasiyanın yeni sərhədləri” mövzusunda keçirilən Ailə Forumunda bildirib.

Nazir müavini bu məhdudlaşmanın təkcə məktəblə bitməməli olduğunu deyib:

“Həmin görüntülər cinayət, narkotik, şiddət və s. məzmunlar daşıyırdı. Təbii ki, bu məhdudlaşma təkcə məktəblə bitməməlidir. Ailədə də uşaqların bu kimi məzmunlardan və platformalardan uzaq durmasına nəzarət edilməlidir”.