Dövlət qeydiyyatını həyata keçirən orqan tərəfindən utilizasiyaya verilən nəqliyyat vasitəsi həmin orqanın qərarı ilə daimi uçotdan çıxarılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Bu zaman nəqliyyat vasitəsinin müsadirəsi, üzərində həbs və ya yüklülüyün olması ilə bağlı tələblərə əməl edilməlidir.
Həmçinin dövlət müəssisə, idarə və təşkilatlarına məxsus nəqliyyat vasitələrinin silinməsi ilə bağlı müəyyən edilmiş qaydalara riayət olunmalıdır.
Nəqliyyat vasitəsi sahibinin ödənilməmiş yol hərəkəti cərimələrinin olması isə onun daimi uçotdan çıxarılmasına mane olmur.
Bu qayda yalnız qanunda göstərilən digər tələblərin yerinə yetirilməsi şərtilə tətbiq edilir.
