Vəkil öz vəzifələrini mükəmməl icra etməli və vəkil etikasının tələblərinə riayət etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Vəkil vəkil sirrindən şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməlidir.
O, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə və qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara yol verə bilməz.
Vəkil insanın şərəf və ləyaqətini alçaldan kobud və təhqiramiz hərəkətlərdən və sözlərdən çəkinməlidir.
Məhkəmə iclasında hakimə mane olmaq, çıxış edənlərin sözünü kəsmək və iclasın iş qaydasını pozmaq da vəkilə qadağandır.