Subyekt vəfat etdikdə və ya müəyyən hallarda özü razılıq verə bilmədikdə, fərdi məlumatların toplanılması və işlənilməsinə razılıq onun nümayəndələri tərəfindən verilir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, vəfat etmiş şəxsin razılığı onun vərəsələri tərəfindən verilə bilər. Xəbərsiz itkin düşmüş və ya fəaliyyət qabiliyyəti olmayan şəxslə bağlı razılıq qanuni nümayəndəsi tərəfindən verilir. Yetkinlik yaşına çatmayan şəxslər üçün isə bu razılığı valideynlər və ya himayəçilərindən biri verir.