Fərdi məlumatların subyekti informasiya sistemində özü barədə məlumatların mövcudluğu, onların mülkiyyətçisi və ya operatoru haqqında məlumat almaq hüququna malikdir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Subyekt həmçinin özü barədə toplanılmış fərdi məlumatların məzmunu ilə tanış ola bilər. O, məlumatların toplanılması, işlənilməsi və üçüncü şəxslərə verilməsinin hüquqi əsaslandırılmasını tələb edə bilər. Subyektə bu məlumatların toplanılması, işlənilməsi və verilməsinin hansı hüquqi nəticələrə səbəb olacağı barədə də məlumat verilməlidir. Bununla fərdi məlumat subyektinin özü barədə informasiyaya çıxış hüququ təmin edilir.
