Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması əsas insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə həyata keçirilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Bu proseslər qanunçuluq, konfidensiallıq və könüllülüyün məcburiliklə uzlaşdırılması prinsiplərinə uyğun aparılmalıdır. Fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsi zamanı insanın həyat və sağlamlığı üçün təhlükə yaradılmasına yol verilmir. Həmçinin şəxsin şərəf və ləyaqətinin alçaldılmasına yol verilməsi qadağandır. Bununla fərdi məlumatlarla bağlı fəaliyyətin insan hüquqlarının qorunması prinsipləri əsasında həyata keçirilməsi təmin edilir.