“Fərdi məlumatlar haqqında” qanun fərdi məlumatların toplanılması, işlənilməsi və mühafizəsinin hüquqi əsaslarını və ümumi prinsiplərini müəyyən edir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Qanun bu sahədə dövlət tənzimləməsinin qayda və tələblərini də müəyyənləşdirir. Sənəddə fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması və informasiya sistemlərinin yaradılması qaydaları da əksini tapıb. Qanun informasiyanın verilməsi və ötürülməsi prosesində iştirak edən şəxslərin hüquq, vəzifə və məsuliyyətinin əsaslarını müəyyən edir. Eyni zamanda, əsas insan və vətəndaş hüquq və azadlıqları, o cümlədən şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnun müdafiəsi nəzərdə tutulur.