Qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarəti həyata keçirən orqanların fəaliyyəti əlaqələndiriləcək. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Əlaqələndirməni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirəcək. Bu fəaliyyət qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması məqsədilə aparılan nəzarət tədbirlərini əhatə edir. Nəzarət edən orqanların birgə fəaliyyətinin əlaqələndirilməsi vahid yanaşmanın tətbiqinə imkan verəcək. Bununla qeyri-formal məşğulluğun leqallaşdırılması sahəsində nəzarətin səmərəliliyinin artırılması nəzərdə tutulur.
