Məqsədli proqramlar müvafiq qaydada müsabiqə yolu ilə seçilən işəgötürənlərin iştirakı ilə həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Müsabiqənin keçirilməsi və işəgötürənlərin seçilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Proqramların həyata keçirilməsi üçün işəgötürənlərin müəyyən edilmiş tələblərə uyğunluğu nəzərə alınır. Müsabiqənin keçirilməsi qaydası da həmin orqan (qurum) tərəfindən müəyyən edilir. Məqsədli proqramların bu mexanizm əsasında həyata keçirilməsi sosial müdafiəyə ehtiyacı olan şəxslərin məşğulluğunun təmin edilməsinə yönəlib.