Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə əsasında verilmiş əmlakdan 6 ay ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və ya onun dəyərini qaytarmalıdır. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Qaytarılmalı əmlakın dəyəri onun qaytarıldığı vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun hesablanır. Əmlak müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarılır. Bazar qiymətinin müəyyənləşdirilməsi qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu tələb özünüməşğulluq proqramı çərçivəsində verilmiş əmlakdan səmərəli istifadəni təmin etməyə xidmət edir.