İşaxtaran şəxslər müəyyən istisnalar nəzərə alınmaqla peşə hazırlığına ödənişli əsaslarla cəlb olunurlar. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Ödənişsiz peşə hazırlığı hüququ işsiz şəxslərə və qanunda nəzərdə tutulan müəyyən kateqoriyadan olan işaxtaranlara şamil edilir. Peşə hazırlığının təşkili zamanı qanunda nəzərdə tutulan şəxslər, habelə şəhid ailəsinin üzvləri üstün hüquqa malikdirlər. Peşə hazırlığının təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilir.