Həmkarlar ittifaqları və onların seçkili orqanları işçilərin kütləvi surətdə sərbəstləşdirilməsi ilə bağlı tədbirlərin təxirə salınması və ya müvəqqəti dayandırılması barədə təkliflər verə bilərlər. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Bu təkliflər işəgötürənlərə və ya onların yuxarı orqanlarına təqdim edilə bilər. Həmkarlar ittifaqları həmçinin məşğulluğun təmin edilməsi məsələlərində işçilərin müdafiəsini həyata keçirirlər. Onlar işə qəbul, işdən çıxarılma, sosial güzəştlər və təminatlarla bağlı məsələlərdə də şəxslərin hüquqlarının müdafiəsini təmin edə bilərlər.
