Dövlət sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün əlavə təminatlar yaradır. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Bu məqsədlə əlavə iş yerləri və sosial müəssisələr yaradılır. Həmin şəxslər üçün uyğunlaşdırılmış təlim proqramları əsasında peşə hazırlığı kursları da təşkil edilir. Bundan başqa, onların məşğulluğunun təmin olunması üçün iş yerləri üzrə kvota müəyyən edilir.
