Vəkil sorğusu daxil olduğu gündən ən qısa müddətdə, lakin yeddi iş günündən gec olmayaraq cavablandırılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Sorğunun həmin müddətdə cavablandırılması mümkün olmadıqda cavablandırma müddəti əlavə olaraq yeddi iş günü uzadıla bilər.
Vəkilin göndərdiyi sorğuya onun müvafiq iş üzrə səlahiyyətli olduğunu müəyyən edən vəkil orderinin təsdiqlənmiş surəti əlavə olunmalıdır.
Sorğu vəkil qurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin müvafiq blankında çap və imza edilməklə rəsmiləşdirilir.
Sənəd həmçinin vəkil qurumunun rəhbəri və ya fərdi qaydada fəaliyyət göstərən vəkil tərəfindən möhürlə təsdiqlənir.
