Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməkdən imtina barədə qərardan məhkəməyə şikayət verə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Şikayət həmin qərarın namizədə təqdim edildiyi gündən 20 gün müddətində verilə bilər.
Şikayət normativ hüquqi aktların və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair məsələləri əhatə edə bilər.
İxtisas imtahanının şifahi müsahibə mərhələsini keçə bilməyən şəxs isə həmin müsahibədən sonra bir il ərzində keçirilən imtahanlarda iştirak edə bilməz.
İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir.
