Vəkillər Kollegiyasının Rəyasət Heyəti Kollegiyanın ümumi yığıncağını (konfransını) çağırır və onun qərarlarının icrasını təşkil edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Rəyasət Heyəti həmçinin Vəkillər Kollegiyasına üzvlüyə qəbul olunma məsələsini həll edir.
O, vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı qanunda nəzərdə tutulan səlahiyyətləri həyata keçirir və vəkil reyestrini aparır.
Rəyasət Heyəti dövlət hesabına göstərilən hüquqi yardıma görə vəsaitin ödənilməsi ilə bağlı sənədləşmə qaydasını da müəyyən edir.
Bundan başqa, dövlət hesabına hüquqi yardım göstərən vəkillərin növbətçilik siyahıları təsdiq edilərək aidiyyəti dövlət orqanlarına təqdim olunur.