Ali hüquq təhsili olan Azərbaycan Respublikasının vətəndaşı vəkilin köməkçisi ola bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Qanunun 8-ci maddəsində göstərilən müəyyən kateqoriyalara aid şəxslər vəkil köməkçisi ola bilməzlər. Vəkilin köməkçisi vəkil qurumu ilə, vəkillik fəaliyyəti fərdi qaydada həyata keçirildikdə isə vəkillə əmək müqaviləsi əsasında fəaliyyət göstərir. Köməkçinin fəaliyyəti əmək münasibətləri çərçivəsində təşkil edilir. Bu qaydalar vəkil köməkçisinin hüquqi statusunu və fəaliyyətinin əsaslarını müəyyən edir.
