Vəkil qurumu vəkillər tərəfindən yaradılan və hüquqi yardım göstərən şəxslə vəkil arasında müqavilə münasibətlərini əlaqələndirən qeyri-kommersiya hüquqi şəxsdir. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, vəkil qurumu vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkillər tərəfindən yaradılır. Vəkil qurumu Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə müəyyən edilmiş qaydalara uyğunluğu təsdiqləndikdən sonra seçilmiş təşkilati-hüquqi forma üzrə dövlət qeydiyyatından keçməlidir. Dövlət qeydiyyatından keçdikdən sonra qurum fəaliyyətə başlaya bilər. Vəkil qurumunun təsisçiləri yalnız vəkillər olmalıdır.
