Vəkillik belə təsisatdır

22 Oktyabr 2026, 01:01

Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirən müstəqil hüquqi təsisatdır. Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb. Qanuna əsasən, vəkillik fəaliyyətinin əsas prinsipləri qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, şəffaflıq, insan hüquqlarına hörmət və konfidensiallıqdır. Vəkilliyin fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlara, prosessual qanunvericiliyə və digər normativ hüquqi aktlara əməl edilməsi əsas götürülür. Vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə dövlət orqanları, qurumları, fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən müdaxiləyə və təzyiqə yol verilmir. Vəkillərin hüquqlarının bərabərliyi və özünüidarəetmə prinsipləri də vəkillik fəaliyyətinin əsaslarını təşkil edir.