“Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə ödənilən cərimələrdən daxil olan vəsait müəyyən edilmiş məqsədlərə yönəldilməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması tələb edilir. Qanun bu vəsaitlərin başqa məqsədlərə yönəldilməsinə yol vermir. Cərimələrdən daxilolmalar yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müəyyən edilmiş istiqamətlərə sərf olunmalıdır. Vəsaitlərin istifadəsi qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməlidir.