Sürücülüyə namizədlərin və nəqliyyat vasitələri sürücülərinin məcburi tibbi müayinədən keçirilməsinin əsas məqsədi onların sağlamlıq vəziyyətini müəyyən etməkdir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Müayinə zamanı sürücülük fəaliyyətinə zidd olan tibbi göstəricilər müəyyən edilir. Həmçinin sürücülük fəaliyyəti ilə bağlı digər məhdudiyyətlərin olub-olmaması araşdırılır. Bu qayda həm sürücülüyə namizədlərə, həm də nəqliyyat vasitələrinin sürücülərinə şamil olunur. Məcburi və təkrar tibbi müayinələr yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə xidmət edir.