Azərbaycan ərazisində yol hərəkətində iştirak etmək üçün nəqliyyat vasitələri müəyyən edilmiş texniki və hüquqi tələblərə cavab verməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Nəqliyyat vasitəsi qüvvədə olan vahid beynəlxalq texniki göstərişlərə, yol hərəkətinin təhlükəsizliyi normativlərinə və standartlara uyğun olmalıdır. Həmin uyğunluğu təsdiq edən sertifikatın olması da tələb edilir. Nəqliyyat vasitəsi qanunla müəyyən edilmiş hallarda qeydiyyatdan və dövlət texniki baxışından keçməlidir. Bundan əlavə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, sərnişin daşımalarında isə qanunvericilikdə nəzərdə tutulan fərdi qəza sığortası həyata keçirilməlidir.