Fərdi məlumatlar şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat hesab olunur. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Qanunda fərdi məlumatların subyekti də ayrıca anlayış kimi müəyyən edilib. Subyekt barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxsdir. Fərdi məlumatların informasiya sistemi isə bu məlumatların qanunvericiliklə müəyyən edilmiş qaydada toplanılmasını, işlənilməsini və mühafizəsini təmin edən informasiya sistemidir. Fərdi məlumatların informasiya ehtiyatları isə qanunla müəyyən edilmiş qaydada və həcmdə belə məlumatların toplandığı informasiya ehtiyatlarıdır.
