Fərdi məlumatlar toplandığı andan etibarən mühafizə olunur və daxilolma növünə görə konfidensial və açıq kateqoriyalara bölünür. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Konfidensial fərdi məlumatlar mülkiyyətçi, operator və həmin məlumatlara giriş hüququ olan istifadəçilər tərəfindən qanunvericiliyin tələblərinə uyğun səviyyədə qorunmalıdır. Belə məlumatlar qanunda müəyyən olunmuş hallar istisna olmaqla üçüncü şəxslərə yalnız subyektin razılığı ilə verilə bilər. Açıq fərdi məlumatlara isə müəyyən qaydada adsızlaşdırılmış və ya subyekt tərəfindən açıq elan edilmiş məlumatlar aid edilir. Şəxsin adı, soyadı və atasının adı daimi açıq fərdi məlumat hesab olunur.
