Subyekt özü barədə fərdi məlumatların toplanılması və işlənilməsinin məqsədini, müddətini və üsullarını bilmək hüququna malikdir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. O, həmçinin fərdi məlumatları ilə tanış olmaq icazəsi olan şəxslərin dairəsi barədə məlumat ala bilər. Məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sistemlərinin dairəsi də subyektə bildirilməlidir. Subyekt özü barədə məlumatların dəqiqləşdirilməsini və qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb edə bilər. Həmçinin məlumatların müəyyən edilmiş qaydada arxivə verilməsi barədə müraciət etmək hüququ vardır.
