Fərdi məlumatların toplanılması və işlənilməsi üçün subyektin razılığının alınmasına dair sübutun təqdim olunması mülkiyyətçinin və ya operatorun vəzifəsidir. Heftelik.az-ın məlumatına görə, bu, “Fərdi məlumatlar haqqında” qanunda əksini tapıb. Vəfat etmiş şəxslər haqqında fərdi məlumatların işlənilməsinə subyekt sağlığında qadağa qoymayıbsa, həmin məlumatlar qanunvericiliklə müəyyən edilən hallarda işlənilə bilər. Bu halda məlumatların işlənilməsi üçün qanunda nəzərdə tutulan əsaslar mövcud olmalıdır. Mülkiyyətçi və operator razılığın alınması ilə bağlı tələblərə riayət etməlidir.
