Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunda əksini tapıb.
Müqavilədə göstərilən hüquqi yardımın və qonorarın məbləği və ödəniş şərtləri əks olunur.
Bu qayda həm fərdi qaydada fəaliyyət göstərən vəkillərə, həm də vəkil qurumlarının tərkibində fəaliyyət göstərən vəkillərə aiddir.
Vəkil qurumları və fərdi vəkillər tərəfindən hüquqi yardım üçün müəyyən edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır.
Hüquqi yardım haqqının məbləğinin müəyyən edilməsi yardımı göstərən tərəfin müstəsna hüququdur və tərəflərin razılığı ilə tənzimlənir.