Xarici dövlətlərdə qeydiyyatdan çıxarılmadan Azərbaycana 30 günədək müddətə müvəqqəti gətirilən nəqliyyat vasitələri dərhal müvəqqəti uçota alınır.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Müvəqqəti uçot avtomobilin Azərbaycan sərhəd məntəqəsinin yaxınlığında yerləşən müvafiq qeydiyyat orqanında aparılır.
Bu nəqliyyat vasitələrinin sahiblərinə 30 gün müddətinə müvafiq sənəd verilir.
Müvəqqəti uçot nəqliyyat vasitəsinin xarici dövlət qeydiyyatından çıxarılmasını tələb etmir.
Beləliklə, qısa müddətə Azərbaycana gətirilən xarici avtomobillər üçün ayrıca müvəqqəti uçot mexanizmi tətbiq edilir.
