Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması üçün sahibi və ya sərəncam vermək hüququ olan şəxs müəyyən sənədləri təqdim etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb.
Sənədlər sırasında ərizə və Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nəzərdə tutulub.
Əcnəbilər şəxsiyyətini təsdiq edən müvafiq sənədi, vətəndaşlığı olmayan şəxslər isə Azərbaycan ərazisində istifadə üçün verilmiş şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Həmçinin nəqliyyat vasitəsinə sahibliyi təsdiq edən sənəd və ya məhkəmə qərarı təqdim olunmalıdır.
Qanunla müəyyən edilmiş rüsumların ödənilməsi barədə sənəd də tələb olunan sənədlərə daxildir.
