Hüquqi və fiziki şəxslər əldə etdikləri mexaniki nəqliyyat vasitəsini 10 gün ərzində dövlət qeydiyyatından keçirməlidirlər. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Eyni müddət fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişdikdə də tətbiq edilir. Nəqliyyat vasitəsinin ipoteka müqaviləsi bağlandıqda da 10 gün ərzində qeydiyyat üzrə müvafiq tədbirlər görülməlidir. Mühərrik, ban və şassi nömrələri və ya rəng dəyişdirildikdə də qeydiyyat məlumatları yenilənməlidir. Qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər hallar yarandıqda da bu öhdəlik 10 gün ərzində yerinə yetirilməlidir.