Azərbaycan ərazisində yol hərəkəti təhlükəsizliyinin vəziyyətinin əsas göstəricilərinin dövlət uçotu aparılır. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Dövlət uçotuna yol-nəqliyyat hadisələri və həmin hadisələrdə zərər çəkmiş şəxslər barədə məlumatlar daxil edilir. Həmçinin nəqliyyat vasitələrinin sürücüləri və yol hərəkəti qaydalarını pozmuş şəxslər uçota alınır. Yol hərəkəti sahəsində inzibati xətaların və cinayətlərin sayı da dövlət uçotunda əks etdirilir. Yol hərəkəti təhlükəsizliyinin vəziyyətini və bu sahədə fəaliyyətin nəticələrini əks etdirən göstəricilər də uçota alınır.