Yol-nəqliyyat hadisəsi zamanı zərər çəkmiş şəxslərə tibbi yardım hadisə yerindən başlayır. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Hadisənin baş verdiyi yerdə zərərçəkənlərə ilk tibbi yardım göstərilməlidir. Tibbi yardım zərərçəkənin tibb müəssisəsinə aparılması zamanı da davam etdirilir. Yardım tibb müəssisəsində də göstərilməlidir. Beləliklə, qanun yol-nəqliyyat hadisəsi zamanı tibbi yardımın üç mərhələdə təşkilini nəzərdə tutur.
