Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üçün vahid qaydalar müəyyənləşdirilir. Heftelik.az-ın məlumatına görə, bu, “Yol hərəkəti haqqında” qanunda əksini tapıb. Yol hərəkəti Qaydaları bu Qanunla təsbit olunur. Həmin qaydalar Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Yol hərəkətinin xüsusiyyətlərini müəyyənləşdirən digər normativ-hüquqi aktlar Yol hərəkəti Qaydalarının tələblərinə əsaslanmalıdır. Bu aktlar həmçinin Yol hərəkəti Qaydalarına uyğun olmalıdır.