İordaniyanın cənubunda yerləşən Hamud kəndindəki kilsədə silahlı insident baş verib.

Heftelik.az “Al Arabiyya”-ya istinadən xəbər verir ki, iki silahlı şəxs yas mərasiminin iştirakçılarına atəş açaraq, hadisə yerindən qaçıb.

Silahlı hücum nəticəsində azı 7 nəfər ölüb.

Hadisəni törədənlər polis tərəfindən axtarışdadır.