Salyanda yol qəzası baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qırxçıraq kəndi ərazisində qeydə alınıb.

“BMW” və “VAZ” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, 4 nəfər – Neftçala rayon sakinləri – 1954-cü il təvəllüdlü Atakişi Hüseynov, 1957-ci il təvəllüdlü Mələysuma Hüseynova, 1981-ci il təvəllüdlü Günel Məlikova və Salyan rayon sakini 2004-cü il təvəllüdlü Nurlan Məmmədov xəsarət alaraq Salyan xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, Salyanda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (2 qadın, 2 kişi) oktyabrın 23-də saat 15:20 radələrində Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbələrdə davam etdirilir, 2 nəfərin vəziyyəti stabil, digərlərinin isə orta ağır qiymətləndirilir.