Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məqsədli proqramların həyata keçirilməsi ilə bağlı ildə ən azı bir dəfə müsabiqə elan etməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Müsabiqə həmin orqanın (qurumun) rəsmi internet səhifəsində elan olunur. Elanın məqsədi uyğun işəgötürənlərin məqsədli proqramlarda iştirakına imkan yaratmaqdır. Müsabiqənin şərtləri və iştirak qaydaları müəyyən edilmiş prosedurlara uyğun açıqlanır. Bununla işəgötürənlərin proqramlara cəlb olunması üçün mütəmadi seçim mexanizmi yaradılır.
