Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində ona verilmiş əmlaka qəsdən ziyan vurduqda vurulmuş ziyanın əvəzini ödəməlidir. Heftelik.az-ın məlumatına görə, bu, “Məşğulluq haqqında” qanunda əksini tapıb. Eyni qayda əmlakdan təyinatı üzrə istifadə edilmədiyi hallara da şamil olunur. Əmlakın özgəninkiləşdirilməsi və ya başqa şəxsin istifadəsinə verilməsi də məsuliyyət yaradır. Bu halda ziyanın əvəzi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödənilir. Beləliklə, proqram çərçivəsində verilmiş əmlakın qorunmasına və təyinatı üzrə istifadəsinə görə şəxs məsuliyyət daşıyır.
